Tramp Netanyahunu milli birlik hökumətinə məcbur edə bilər
Yedioth Ahronoth qəzetinin ABŞ Prezidenti Donald Trampa yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Trampın İsrail Baş naziri Benyamin Netanyahunu bölgə ölkələri ilə İsrailin normallaşmasını əhatə edən Abraham Anlaşmalarının genişləndirilməsinə imkan yaradacaq rotasiya əsasında milli birlik hökuməti qurmağa məcbur edəcəyi bildirilib.
Minval.info xəbər verir ki, ABŞ-lı mənbələr, Prezident Trampın parlament seçkiləri öncəsi Netanyahunun ona verdiyi dəstəyin qarşılığını tələb etməkdən vaz keçməyəcəyini vurğulayıblar.
Trampın, qurulması halında hökumətə aşırı sağçı milli təhlükəsizlik naziri Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin daxil edilməməsi üçün əlindəki bütün imkanları istifadə edəcəyini bildirən mənbələr, Vaşinqtonda Ben-Qvirin olduğu bir hökumətin bir seçim olaraq görülmədiyinin altını çəkiblər.
“Yedioth Ahronoth” qəzeti, Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədəki ərəb ölkələrinin Netanyahu rəhbərliyindəki İsraillə normallaşmayacaqlarını açıq şəkildə ifadə etdiklərini xatırladıb.
Əvvəlki Baş Qərargah rəisi Qadi Eysenkotun rəhbərlik etdiyi müxalifət bloku və Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi iqtidar bloku, 120 yerlik İsrail Məclisində koalisiya qurmaq üçün kifayət qədər 61 millət vəkilinə çata bilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Məmurlar hansı hallarda ianə ala bilərlər?
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Netanyahu İsraildə seçkilərdən sonra sağ birliyə çağırdı
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu bloku öndədir
Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər
Filippin müdafiə naziri: ASEAN daxili fərqliliklərdən bölünməməlidir