“Trabzonspor”dan Mahir Emreli ilə bağlı açıqlama
Son günlər Türkiyə mətbuatında Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin “Trabzonspor”a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Minval.info xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı “Trabzonspor”un İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət edib.
Klubdan Mahir Emreli ilə maraqlandıqlarını inkar etməsələr də, bu barədə yeniliyin olub-olmaması barədə rəsmi açıqlama verməyiblər. Lakin transferin klubun nəzarəti altında olduğu deyilib:
“Bu məsələ ilə bağlı hər hansı məlumat verə bilmərik. Transfer məsələsi skautlarımızın və məşqçilər korpusunun nəzarəti altındadı. Futbolçu transferi ilə bağlı rəsmi açıqlama verə bilmərik”.
Qeyd edək ki, Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi “AVRO-2020″nin seçmə oyununu “Trabzonspor”un skautları da izləmişdi. Türkiyə mətbuatı isə Qara dəniz təmsilçisinin nümayəndlərinin Mahir Emrelinin oyununu izləmək üçün gəldiyini yazmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı