Toylarda meyxana qadağası: Yeni qaydalar gündəmdə!
Son dövrlərdə toylarda təşkil edilən meyxana məclislərində baş verən insidentlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Meyxanaçıların deyişməsi zamanı yaranan gərginliklərin əlbəyaxa davaya çevrilməsi artıq yalnız məclisdə iştirak edənlərin deyil, bütün cəmiyyətin diqqətini çəkir. Çünki bu hadisələr çox zaman toy salonunun divarları arasında qalmır, sosial şəbəkələrdə geniş yayılır və minlərlə insanın diqqətini cəlb edir.
Minval.info xəbər verir ki, meyxananın mahiyyətində sözlə rəqabət, improvizasiya və satira dayanır. Lakin sözün sərhədi keçildikdə, rəqabət qarşı tərəfi alçaltmağa və təhqir etməyə çevrildikdə, artıq bu, sənət yarışması olmaqdan çıxır. Xüsusilə təhqir məzmunlu ifadələrin işlədilməsi bu məsələnin ən problemli tərəflərindən biridir. Meyxanaçıların auditoriyanın reaksiyasını qazanmaq üçün sərt ifadələrə müraciət etməsi məclisin atmosferini dəyişə bilər və nəticədə qarşıdurmalar yaranır.
Son hadisələrdən sonra Azərbaycan toylarında meyxananın qadağan olunması təklifləri səslənməyə başlayıb. Meyxana sferasında bu barədə müzakirələr gedir. Əsas məsələ meyxananın olub-olmaması yox, necə təşkil olunmasıdır. Toyda meyxana varsa, onun da bir çərçivəsi olmalıdır. Əks halda, bu proses toylarda meyxana məclislərinin ümumiyyətlə qadağan edilməsinə qədər gedib çıxa bilər. Meyxananın taleyini bir butulka müəyyən etməməlidir, lakin belə hadisələrin qarşısı alınmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ferhat Göçerin oğlu Londonda fərqlənmə ilə bitirdi
Jaecoo J8: Azərbaycan yollarında 30,000 km sınaq
Samsung telefonlarının qiyməti artacaq!
Biləcəridə 3 otaqlı mənzillər: İpoteka və kreditlə satış!
Kənan Zindadil ADMİU-dan qovuldu: TikTok qalmaqalı!
Tələbələri təhdid edən ADMİU tələbəsi qovuldu
Bəy toyda tortu yerə çırpdı: Skandal!