Toydan sonra həyat yoldaşı Sevdaya şərt qoydu

“Qaydalara əməl edib, 150 qonaq çağırdıq. Hamı da qatılmışdı. Çağırmadığımız insanlar oldu. Onu da say məhdudiyyətinə görə edə bilmədik”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Zaurla Günaydın” proqramında deyib. Sənətçi toydan sonra həyat yoldaşı Zakir Bayramovla birlikdə verilişə qatılıb. Sevda bildirib ki, toy zamanı bütün qaydalara əməl edib və məhdudiyyətə görə çox dostunu dəvət edə bilməyib.
Z.Bayramov deyib ki, verilişə gələndə Sevdaya şərt qoyub:
“Dedim ki, canlı oxuyacaqsansa, gəlirəm. Canlı oxumasını istəyirəm. Bundan sonra verilişlərdə canlı oxumasını istəyirəm”.
Zakir toy təəssüratlarını bölüşüb. O bildirib ki, məclis zamanı çox həyəcanlı olub.
Sevda bal ayına getmədiklərini deyib:
“Əslində Maldivə toydan sonra gedəcəkdik. Amma düşündüm ki, toydan sonra işlərimiz çox olacaq. Ona görə də toydan əvvəl getdik. İndi mənim də tədbirlərim var, Zakirin də işləri çoxdur”.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!