"Toyda toy yox, məni tutdu” – Rəqsanənin əri ilk dəfə danışdı
Müğənni Rəqsanə İsmayılova ilk dəfə əri Fazil ilə kamera qarşısına keçib.
Minval.info xəbər verir ki, “ATV Maqazin Onlarla”ya müsahibə verən ifaçının əri Rəqsanə ilə tanışlıq hekayəsindən söz açıb:
“Səhnə adamları kənardan başqa cür görünür. Rəqsanə ailədə tamam başqadır. Onunla toyda tanış olduq. Bu oxumağa çıxanda toy canlanmağa başladı. Həmin məclisdə qardaşım da var idi. Dedi ki, bu qız toyu partlatdı. Mən də dedim ki, istəyirsənsə, öz toyumuza dəvət edək. Dedim, get danış. Gedib gəldi ki, yox e, bunlar göylə gedirlər. 13 min dollar istəmişdilər. Rəqsanə həmin toyu çox yaxşı apardı. Toyda toy yox, məni tutdu. Mən də onu tutdum. Ağstafada qardaşımın toyunda çıxış edirdim. Moskvadan 150-200 nəfər çağırmışdıq, böyük toy idi. Alqayıt müəllimin qardaşı Xanlar müəllim gəlib mikrofonu aldı ki, səhnəyə Rəqsanə xanım gəlir. Dedim, a kişi, görmürsən danışıram? (gülür). Oğlum da qayıtdı ki, “şto za Ledi Qaqa?” Görüşəndə pul söhbəti etmədi. Dedi ki, gəlib toyunuzu aparacam. Səhəri gün zəng etdi ki, Leninski prospektdəki maqazində bir paltar var, gedib onu götürün. 12 dollar qiyməti var idi”.
Könül
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!