06.08.2026 - 03:32
Maqazin 16 baxış

Toy mövsümü geri dönür: Avqustun ikinci yarısında qiymətlər necə dəyişəcək?

Məhərrəm ayının bitməsi ilə toy mövsümü yenidən diqqət mərkəzinə gəlir. Hal-hazırda davam edən Səfər ayı avqustun 13-14-də sona çatacaq və bu tarixdən sonra toy mərasimlərinin sayında əhəmiyyətli artım gözlənilir.

Minval.info xəbər verir ki, iqtisadçı Vüsalə Əhmədova, avqustun ikinci yarısından etibarən toy mövsümünün əhəmiyyətli dərəcədə canlanacağını proqnozlaşdırır. O, bu dövrdə tələbatın artmasının bəzi xidmətlərin qiymətlərində artıma səbəb ola biləcəyini qeyd edir. Lakin qiymət artımının bütün seqmentlərdə eyni olmayacağını vurğulayır.

Əhmədova bildirir ki, Bakıda müxtəlif iqtisadi seqmentlərdə fəaliyyət göstərən şadlıq evləri mövcuddur və qiymətlər adambaşına 50-70 manatdan 150-200 manata qədər dəyişir. Xüsusi VIP paketlərdə isə qiymətlər 300-500 manata qədər yüksələ bilər. Ümumilikdə, 5-10 faiz qiymət artımı gözlənilir, lakin bu, əsasən əlavə xidmətlərdən qaynaqlanacaq.

İqtisadçı əlavə edir ki, artım əsasən aparıcı, DJ, foto-video çəkilişi, dekorasiya və canlı musiqi xidmətlərində müşahidə oluna bilər. Bu xidmətlərdə təklif məhdud olduğundan, eyni tarixlərə çoxsaylı sifarişlər daxil ola bilər. Əhmədova, şadlıq evlərinin sayının və bazardakı rəqabətin geniş olduğunu, buna görə də qiymət artımının menyudan asılı olmayacağını düşünür.

O, həmçinin qeyd edir ki, Məhərrəm və Səfər aylarında toy etməmək hüquqi və ya dini baxımdan məcburi deyil, bu, əsasən illər ərzində formalaşmış ictimai ənənədir. Son illərdə bu ənənənin təsiri azalıb və böyük şəhərlərdə, yüksək gəlir qrupuna aid ailələr arasında bu aylarda da toy məclisləri keçirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: