17.08.2019 - 14:09
Hadisə 3 baxış

Toy karvanında qəza olub, xəsarət alan var

Quba rayonunda toy karvanında qəza baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: