Tovuzda baş verən qəzada maşın iki yerə bölünüb - Foto
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bzimyol.info xəbər verir ki, hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “VAZ 2107” markalı maşın toqquşub.
Nəticədə, “Jiquli” markalı maşınlardan biri iki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tovuzda baş verən qəzada xəsarət alanların adları bəlli olub.
Xəstəxanadan bildirilib ki, qəza zamanı üç nəfər – Aynurə Mustafayeva, İsgəndərov İsgəndər Fərman oğlu və Sadıqov İxtiyar Vidadi oğlu müxtəlif bədən xəsarətləri alıb.
A.Mustafayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Bundan başqa, avtomobildə bir körpə və bir yeniyetmə də olub. Onlar xəsarət almayıb.
Digər maşında olan iki nəfərə isə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)

ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
