“Toppuş bacı” mədəsiz qaldı
Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi.
Minval.İnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb. O, hazırda mədəsiz olduğunu bildirib:
“Mədəmi tamamilə çıxartdırdım. Onun əvəzinə çeçələ barmaq böyüklüyündə bir borucuq qalıb. İndi həkimlər çalışır ki, onun həcmini bir az böyütsünlər. Əvvəl yalnız bir ədəd yarpaqdolması yeyə bilirdim. Gün ərzində istədiyimi yeyə bilərəm, amma az miqdarda. Çox yeyə bilmərəm. Arıqlamağım davam edir, hər şey yaxşıdır”.
“Toppuş bacı” ləqəbli aktrisa yaradıcılığından da danışıb. Əliyeva rejissorların onu filmlərə dəvət etməməsindən gileylənib:
“Mənim üçün də maraqlıdır ki, rejissorlar niyə mənə rol vermirlər? Heç bir filmdən təklif almıram. Yəqin mənə uyğun rol olmur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır