"Toppuş bacı" da xərçəng xəstəliyinə tutuldu - FOTO

“Toppuş bacı” kimi tanınan , əməkdar artit Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub.
Minval.İnfo xəbər verir ki, bu barədə aktrisanı Milli Onkoloji Xəstəxanada ziyarət edən Hacı Nuran məlumat yayıb:
“Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən. Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da… Amma burada bir dərman da var: inam. İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona “Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər, məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi? Gəlin, hamılıqla ağır xərçəng xəstəliyinə duçar olan, yataqda şəfa inamı ilə yaşayan cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, “Toppuş bacı” obrazını canlandıran, təkrarolunmaz aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək olaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhurların olduğu təyyarə təcili eniş etdi
İctimai nəqliyyatda yeni dövr: Brutto modeli gəlir
Məzunlar niyə müəllimlikdən qaçır?
Azərbaycanda işıq pulu tarixinə son qoyula bilər
Ledi Qaqa ilk dəfə ana oldu!
Çetin Tekindor xəstəxanada, serialda dəyişiklik var
Alla Puqaçova 77 yaşında Türkiyədə!