Avropa şərablarının zövqü itir: günəş panelləri kömək edə bilərmi?
Almaniyanın Reynqau şərab bölgəsində tədqiqatçılar iqlim dəyişikliyinə qarşı Riesling üzümünü qorumağın qeyri-adi yolunu tapa biliblər: onları günəş panelləri altında yetişdirmək.
Minval.info xəbər verir ki, bu həftə yayımlanan üç illik araşdırma, fotovoltaik panellərin Riesling üzümünü gün yanığından qoruyaraq, dünyanın hər yerində qiymətləndirilən turşuluğunu saxlamağa kömək etdiyini ortaya qoyub. Bu təsir Reynqaudan çox uzaqlara yayılma potensialına malikdir. Avropanın digər bölgələrində artıq daha isti yaylar şərabların dadını dəyişdirir, istilik dalğaları və quraqlıq isə Burgundiya və Toskana kimi tarixi bölgələrdə məhsula zərər vurur.
Geisenheim Universitetinin tədqiqatçıları 2022-ci ildə 552 yarı şəffaf günəş panelini Riesling bağları üzərində quraşdırıblar. Üç mövsüm ərzində kölgəli üzüm daha yavaş yetişib və əvvəllər Reynqau Riesling-in tanındığı turşuluq səviyyələrini saxlayıb. Panellər həmçinin üzümün çürüməsinə səbəb olan boz çürük kimi xəstəliklərdən də qoruma təmin edib.
Ancaq çox kölgə də problem yarada bilər. 2024-cü ildə buludlu bir ildə, günəş paneli ilə örtülmüş üzümlər açıqda qalanlardan 44 faiz az üzüm verib. Buna baxmayaraq, günəş panelləri şərab istehsalçılarına pis məhsul illərində elektrik satışı ilə itkiləri kompensasiya etmək imkanı verə bilər.
Avropanın tarixi şərab bölgələri təhlükə altındadır. 1980-ci ildən bəri, böyümə mövsümündə gündəlik yüksək temperatur Fransada təxminən 3°C, İspaniya və İtaliyada isə 2°C artıb. Qlobal istiləşmə 2°C-ni keçərsə, İspaniya, İtaliya, Yunanıstan və Cənubi Kaliforniyada ənənəvi şərab bölgələrinin təxminən 90 faizi əsrin sonuna qədər keyfiyyətli şərab istehsal etmək üçün çox isti və ya quru ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahudan İsraildə dönüşümlü baş nazirlik təklifi
Latın Amerikasında jurnalistika təzyiq altında
"Beach Boys" qrupunun qurucusu Mayk Lav dünyasını dəyişib
Dünya şöhrətli rok ulduzu koronavirusun fəsadlarına təslim oldu
Netanyahu ilk dəfə baş nazirlikdən imtina etdi