Sabiq ABŞ diplomatı: Yaxın Şərqin ən zəngin ölkəsi ən yoxsul ölkəni bombalayır
ABŞ-nin Yəməndəki diplomatik missiyasının rəhbərinin keçmiş müavini Nabil Xuri, ölkədəki döyüşlərin nəticələrini humanitar fəlakət kimi xarakterizə edib. Publika.az-ın “Əl-Cəzirə”yə istinadən yaydığı məlumata görə, Xuri Yəmənin həddindən artıq müharibə gördüyünü bildirib.
Xuri qeyd edib ki, son illərdə Yəməndə təxminən 300 min insan həyatını itirib, təkcə son bir neçə ay ərzində isə 13 mindən çox insan ya həlak olub, ya da yaralanıb. Bu vəziyyətin humanitar fəlakətə çevrildiyini vurğulayıb.
“Zorakılığın kimin tərəfindən başladılmasından asılı olmayaraq, hazırda Yaxın Şərqin ən zəngin ölkəsi, yəni Səudiyyə Ərəbistanı, Yaxın Şərqin ən yoxsul ölkəsini bombalayır”, — deyə o əlavə edib.
Xuri həmçinin vurğulayıb ki, daxili qruplaşmalar arasında mübarizə kimi başlayan proses, indi regional və beynəlxalq münaqişələr bataqlığına çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahudan İsraildə dönüşümlü baş nazirlik təklifi
Latın Amerikasında jurnalistika təzyiq altında
"Beach Boys" qrupunun qurucusu Mayk Lav dünyasını dəyişib
Dünya şöhrətli rok ulduzu koronavirusun fəsadlarına təslim oldu
Netanyahu ilk dəfə baş nazirlikdən imtina etdi
Avropa şərablarının zövqü itir: günəş panelləri kömək edə bilərmi?