Tolik: "Türkiyəli məşhurları ölkəyə gətirtməmək, ya da onlara qadağa qoymaq lazımdır"
“Murat Boz 30, Fərhad Göçər 50 min dollara…” – Tolik səs-küylü toydan danışdı
“Murat Boz Bakıda canlı ifa etsəydi, böyük komanda ilə gəlsəydi, 120 min dollar tələb edərdi. Amma o fonoqrama ilə oxudu. Burada 30 min dollara yaxın qonorar ala bilər. Fərhat Göçər isə ansambl ilə birlikdə 50 min dollara gəlir”.
Bu sözləri minval.info saytına açıqlamasında prodüser Tolik deyib. Səs-küylü toydan danışan prodüser qiymətlərin şişirdildiyini qeyd edib: “Hər müğənninin qiyməti bəllidir. Jurnalistlərin qiyməti şişirtməsi məni narahat edir. Hande Yener, Murat Boz, Hadisə, Sibel Can, Fərhad Göçər Türkiyədə çox ucuz qiymətə 50, 100 min lirəyə toya gedirlər. Bakıya isə baha qiymətə gəlirlər. Çünki bizim bəzi acgöz məmurlar vaxtilə onlara yüksək məbləğ verərək bu vəziyyətə gətiriblər. Bir il türkiyəli məşhurları ölkəyə gətirtməmək, ya da onlara qadağa qoymaq lazımdır. O zaman az məbləğə də Bakıya gələcəklər”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
