Tibbi sığorta ilə hansı halda özəl klinikada müalicə almaq olar?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayan özəl xəstəxanaların sayı 69-a çatıb
Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.
Bunu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə
Onun sözlərinə görə, hazırda belə müəssisələrin sayı 69-a çatıb.
A.Əhmədova bildirib ki, müqavilə bağlanılan tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Xatırladaq ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
ƏLAQƏLİ
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
Bu zaman müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
VACİB“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı