Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Ödəmənin nə vaxt veriləcəyi ilə bağlı “Qafqazinfo”ya tibb işçilərindən çoxsaylı müraciətlər daxil olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova sorğumuza cavab olaraq bildirib ki, hazırda ödənişlərin verilməsi prosesinə başlanılmayıb:
“Biz tibb müəssisələrinə müraciət etmişik ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısını bizə göndərsinlər. Daha sonra həmin siyahılar əsasında hesablamalar aparılacaq. Xəstəxanalardan göndərilən siyahılara uyğun olaraq tibb işçilərinə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş ödəmələr ediləcəkdir. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Eyni zamanda, digər dövlət qurumları ilə birlikdə özümüzdə də müəyyən hesablamaları aparırıq.
Qısa müddətdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq