Televiziyada yeni biabırçılıq – Ağladı, “ürəyi” getdi...
ARB telekanalında yayımlanan “Sayqa ilə” verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında, şoka salıb.
Axşam.az xəbər verir ki, proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib.
İfaçının qarşısında diz çökən 24 yaşlı gənc “Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə “yox” desəniz, ömrümün sonuna qədər evlənməyəcəm” – deyib.
“Yox” cavabı alan oğlan ağlamağa başlayıb və “ürəyi” gedərək, yerə yıxılıb. Görüntülər qısa vaxtda sosial şəbəkələrdə yayılmağa başlayıb
Məsələylə bağlı maraqlı məqam isə odur ki, proqramın aparıcısı Sayqa Cahid bir neçə gün öncə sərt şəkildə bayağı formatlı verilişləri tənqid edib. Sayqa qonaq olduğu efirdə “Məqsədim maarifləndirməkdir. Hər verilişdə tamaşaçıya təhsil və sağlamlıqla bağlı mesaj göndərirəm” sözlərini işlətmişdi. Amma öz verilişində bu cür “tamaşa” qurması əslində onun özünün hansı səmimiyyət sahibi olduğunu göstərir.
https://www.youtube.com/watch?v=YbIvc8JMYSQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!