"Telekanal və marketə getdim, Covid-19-a yoluxdum"
“Hamı deyirdi möhkəmsən, sağalacaqsan. Deyib-gülürdüm, düşünürdüm müalicə ilə sağalacam. Üçüncü günü vəziyyətim daha da pisləşdi. Amma müalicəni etdim və tez də sağaldım”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Yeganə Akbudak (Mürsəlova) “Günün sədası” proqramında deyib. Covid-19 virusuna yoluxan sənətçi keçirdiyi çətin anlardan danışıb:
“Ən ağırı 20 gün övladım Öməri görmədim. Bir də anamdan qorxurdum. Hər dəqiqə anamdan halını soruşurdum. Onun bəzi xəstəlikləri var ki, virusu qaldıra bilməz. Məndən əvvəl həyat yoldaşım yoluxdu, artıq xəstəliklə bağlı oxumağa başlayırdım.
Bir aydır xəstəliyim olub, yenə də qorunuram. O qədər pis sümük ağrıları keçirtdim ki, kiminsə onu yaşamasını istəmədim. Haradan yoluxduğumu bilmirəm. Amma həmin ərəfədə bir televiziyaya, bir də marketə gedirdim. Düşünürəm ki, oradan yoluxdum”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!