02.10.2026 - 14:48
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
Texno 5 baxış

Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb

Texnologiya sahəsində qadınların bilik və bacarıqlarını artırmaq məqsədilə “Bir” ekosisteminin həyata keçirdiyi “Ctrl is hers” proqramı çərçivəsində 66 iştirakçı üçün intensiv təlimlərə start verilib. Bu proqram, qadınların texnologiya sahəsindəki karyera imkanlarını genişləndirməyi hədəfləyir.

Minval.info xəbər verir ki, proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Qeyri-adi maraqla qarşılanan proqrama çoxmərhələli seçim prosesi tətbiq edilib. İlkin mərhələdə 652 namizəd texniki testdən keçib, nəticədə 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.

Seçilən iştirakçılar “Kibertəhlükəsizlik”, “Frontend developer”, “Data elmi” və digər texnologiya sahələrində təlimlərə cəlb olunublar. Layihə çərçivəsində iştirakçılar “Bir” ekosisteminin rəhbər heyəti və texnologiya mütəxəssisləri ilə görüşlərdə iştirak ediblər. Bu görüşlərdə peşəkar təcrübələr paylaşılır və karyera qurmaqla bağlı praktiki tövsiyələr verilir.

“Bir” ekosisteminin rəhbəri Fərid Hüseynov layihə haqqında fikirlərini bildirərək, “Ctrl is hers” proqramının qadınların texnologiya sahəsində potensialını reallaşdırmaq üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıb. O, iştirakçıların burada əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmələrini və karyeralarında daha güclü irəliləmələrini arzuladığını qeyd edib.

Təlimlər nəzəri biliklərlə məhdudlaşmır; iştirakçılar “Bir” ekosisteminin müxtəlif sahələrində çalışan mütəxəssislərlə birbaşa ünsiyyət quraraq real iş mühiti ilə tanış olacaqlar. Proqramın sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək və onlara “Bir” ekosistemində təcrübə və karyera imkanları təqdim olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: