Təhlükəli mallar bazardan çıxarılır: Yeni qaydalar təsdiqləndi
İnsan həyatı üçün təhlükə yaradan malların bazarda qalmasına icazə verilməyəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Texniki tənzimləmə haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklərə əsasən, təhlükəli malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
Minval.info xəbər verir ki, qanun layihəsi insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan çıxarılmasını və bu prosesin hüquqi əsaslarını müəyyən edir. Təhlükəli malların dövriyyədən çıxarılması və zərərsizləşdirilməsi müvafiq qurumların qaydalarına uyğun olaraq icra ediləcək.
Bu dəyişikliklər təhlükəli malların bazarda qalmasının qarşısını almaq və insanların həyatına zərər vurmasının önlənməsi məqsədini daşıyır. Layihə, həmçinin, təhlükəli mallara qarşı tətbiq edilə biləcək tədbirlərin dairəsini və bu tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyən edir.
ƏLAQƏLİ
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər