Tbilisidə yaşayış binasında partlayış olub, yaralılar var
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda çoxmənzilli yaşayış binasında yerləşən mənzillərin birində baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin mətbuat xidməti məlumat yayıb.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğası mənzilin divarlarının bir hissəsini uçurub, həmçinin onun yanında dayanan avtomobillərin şüşələrini sındırıb.
Partlayışdan sonra yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb. Xilasedicilər təhlükəsizlik məqsədilə ev sakinlərini təxliyyə ediblər. Onlar otellərdə gecələyəcəklər.
Xəsarət alanlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digərləri yüngül xəsarət alıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub