Tarix Əliyevdən deputata ağır sözlər: "Ayıb olsun!" - Popkorn satan uşaq qalmaqalı
Aparıcı, prodüser Tarix Əliyev pop-korn satan yeniyetmənin yeraltı keçiddən uzaqlaşdırılmasına səbəb olan parlament üzvü Rasim Musabəyovun ünvanına sərt sözlər söyləyib.
Minval.info xəbər verir ki, Tolik sosial media hesabında belə bir adda deputatı tanımadığını bildirib və onu kəskin tənqid edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Bu millət vəkilini heç tanımıram. Millət üçün nə edib bilmirəm. Amma pop-korn satan uşaq onu keçiddə narahat edibsə, bu uşağa başqa yerdə iş verəydi. Bu Ramazan ayında savab iş görməkdənsə kiminsə çörəyinə bais oldun. İnşallah, bu axırıncı millət vəkili statusun olar, gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyinin və nə işlər gördüyünün şahidi olarlar! Ayıb olsun! Bu insanların qayğısına yalnız Cənab Prezident İlham Əliyev və Mehriban xanım yanır. Allah onları qorusun!” – aparıcı qeyd edib.
Tarix Əliyev həmin yeniyetməyə yardım edəcəyinə dair söz verib. O, sosial media istifadəçilərindən pop-korn satan uşaq ilə əlaqə saxlamaq üçün kömək istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
