“Tarif Şurasını təcili ləğv etməliyik”
“Bizim Azərbaycanın üzərində bir kabus yaranıb. Bu kabusun adı da Tarif Şurasıdır. Kimsə xalqda dövlətə inamsızlıq yaratmaqdan ötrü qiymətləri qaldırır”.
“Minval.info” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, zəlzələni əvvəldən bilmədiyimiz kimi, Tarif Şurasının qərarlarını da bilmirik: “Yediyimiz, içdiyimiz gözümüzdən gəlir. Heç kim də xalqın qarşısına çıxıb hesabat vermir. Gərək deputat hesab verə. Konstitusiyanın ana maddəsi xalqın rifahının yaxşılaşdırılmasıdır. Nə haqla Tarif Şurası bu halları məhdudlaşdırır? Biz təcili Tarif Şurasını ləğv etməliyik. Ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Görülən işlərə kölgə salmaq lazım deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada məhbus olan tacikistanlı Ukraynada müharibədə ölüb
Polis koronavirus xəstələrini saxladı
Sabiq mədəniyyət nazirinin müavini əfv edildi
Bu dəfə Nazilə Damlaya söz atdı - Video
Qazi və şəhid ailələrin probleminin bir həll yolu var, amma...
“Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 milyon manat güzəştli kredit istəyib