Tanınmış rusiyalı aparıcı 41 yaşında COVID-19-dan vəfat etdi

Tanınmış rusiyalı aparıcı Kristina Asmalovskaya 41 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
Minval.info xəbər verir ki, bu barədə TASS-a aparıcı Tatyana Çernyayeva məlumat verib.
Onun sözlərinə görə, həmkarı xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, Asmalovskayanın peyvənd vurdurmadığını əlavə edib: “Çatdırmadı”.
Qeyd edək ki, K. Asmalovskaya 1980-ci il mayın 21-də Moskvada anadan olub. O, 7 il ərzində uşaqlar üçün “ABVQDeyka” (“АБВГДейка”) adlı proqrama aparıcılıq edib. Bundan başqa, “Mənim gözəl dayəm” və “Sevgi adyutantları” seriallarında çəkilib, “Tantsı so zvyozdamı” (“Танцы со звездами”) telelayihəsində iştirak edib. İdman-bal rəqsləri üzrə beynəlxalq dərəcəli idman ustası olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır