Karim Baxriev: “Yoldaşlar, əziz dostlar, nə çağırırsınızsa, çağırın, nə adlandırırsınızsa, adlandırın. Bunun əsl adı təcavüz və işğaldır”

Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Baxriev son zamanlar Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində etdiyi silahlı hücumlarla əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət ünvanlayıb.

Musavat.comxəbər verir ki, müraciətin mətni aşağıdakı kimidir:

“Biz dünya ziyalıları, jurnalistlər, şairlər, ictimaiyyət nümayəndələri Qarabağda ermənilərin ələ keçirdiyi ərazilərin, şəhər və kəndlərin, tarixi abidələrin dağıdıldığını, dağ və meşələrin, yandırılması və təbiətə qarşı bu barbar hücumları gördükdə olduqca məyus olur və hiddətlənirik. Bu cür halların baş verməsi, həyata keçirilməsi bir daha sübut edir ki, işğalçılar bu ərazilərdə özlərini müvəqqəti hiss edir və bu ərazilərin onlara məxsus olmadığını bildirlər.

Xüsusi ilə son zamanlar regionda baş verən ekoloji fəlakət, Azərbaycan əhalisinin İşğalçı Ermənistan tərəfindən su mənbələrindən məhrum etməsi məsələnin əsl mahiyyətini ortaya qoyur.

Bildiyimiz kimi, Azərbaycan ərazisində axan çayların əksəriyyətinin mənbələrnin işğal olunmuş ərazilərdədir, yaxud oradan axaraq keçir və bu çaylar zaman-zaman tullantılarla çirkəndirilir. Araz çayının uzun müddət çirklənməsi qiymətli balıq növlərinin itməsinə və balıq ehtiyatlarının tükənməsinə səbəb olmuşdur.

Azərbaycan, işğal olunmuş ərazilər üzərində nəzarəti həyata keçirməsi qeyri-mümkündür və bu, ölkənin beynəlxalq konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməsini mümkünsüz edir.

Bildiyimiz kimi Ermənistan bugünə qədər BMT-nin Transsərhəd Su Kanallarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına qoşulmamışdır.

Azərbaycanın Tərtər adlı rayonunda eyni adlı çay üzərində inşa edilmiş və 100 min hektardan çox əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş, həcmi 560 milyon kubmetr olan “Sərsəng su anbarı” da daxil olmaqla, işğal altındakı ərazilərdə yerləşən 10 su anbarının acınacaqlı vəziyyətinə səbirlə baxmaq mümkün deyil.

Uzun müddət davam edən təmirsizliyin Sərsəng su anbarını qəzalı vəziyyətə gətirməsi, Azərbaycan Respublikasının dağətəyi ərazilərdə və düzənliklərdə yerləşən yaşayış məntəqələrinin 400 min nəfərə yaxın əhalisi üçün təhlükə yaradır, habelə onların susuz qalmasına səbəb olmuşdur. İşğalçılar başa düşürlər ki, bu ərazi onlara məxsus deyil və  bu səbəbdən yaranmış bu ekoloji təhlükə onları əsla maraqlandırmır.

Mətbuatdan əldə etdiyimiz məlumata görə qış aylarında ermənilər qəsdən su anbarından suyu açır, Azərbaycan kəndlərinə su basmaları nəticəsində ziyan vuraraq bundan dinc əhaliyə qarşı amansız şəkildə istifadə edir.

Yayda insanlar suya ehtiyacı olduğu zaman suyun qarşısına kəsərək, insanlara qarşı əsl ekoloji və humanitar cinayət həyata keçirirlər.

Bu isə bölgədə kəskin su qıtlığı, habelə əkin sahələrinin sıradan çıxması ilə nəticələnir”.   Bütün bunların nəticəsi olaraq, 2016-cı ildə Avropa Şurası Parlament Asambleyası sərhəd bölgələrin azərbaycanlı əhalisi üçün qəsdən sudan məhrum edilməsi barədə qətnamə qəbul etdi. Amma nə faydası?

Qətnamə Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal çıxarılması və orada müstəqil mühəndis və hidroloqlar tərəfindən tədqiqatların aparılmasını tələb edir. İşğal olunmuş ərazilərdə zəngin mineral ehtiyatları – 163 faydalı qazıntı yataqları mövcuddur ki, bu gün də Ermənistan tərəfindən bu sərvətlər amansız şəkildə istismar olunur.”

“Associated Press” beynəlxalq xəbər agentliyinin platformasında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın son arteleriya atəşləri nəticəsində dağıdılmış bir evin görüntülərini izlədim.

“Həftənin fotoşəkili” adlanan bu mənzərəni gördükdə mən öz qəzəb hisslərimi boğa bilmədim. Dağıdılmış evinin bir hissəsində dayanan azərbaycanlı yaşlı qadının qəzəb və qorxu ilə dolu gözləri səmaya baxaraq özlüyündə nəsə deyirdi. Güman edirəm ki, o, Allaha qəzəblə şikayət edirdi.

Yayımlanan fotoşəkildə yazılır: “Ermənistanın hərbi qüvvələri tərəfindən atəşə tutulduqdan sonra Azərbaycanın Tovuz rayon sakininin dağıdılmış evi, 14 iyul 2020-ci il”. Artilleriya atəşləri nəticəsində mərmi bir qadının evinə dağıdıb.

Özbək mətbuatından isə mütəmadi olaraq Qarabağda dağıdılmış müsəlman məscidlərinin fotoları – Ağdam və Şuşa məscidlərində gəzən donuzların görüntülərini görəndə (bəli, ermənilər məsciddə donuz saxlayır, onları donuzxanaya çevirir) ruhum qəzəb və etiraz atəşi ilə yanır.

Əsrlər boyu azanın səsləndirildiyi bu mehrablarda, böyük babalarımızın, şeyxlərimizin Quran surələrini oxuduğu və Allahla təmasda olduğu bu müqəddəs yerlərin fəryadı eşidilir. Bu yerlərdə müsəlmanlar ruhu incidilir və təhqir edilir.

Erməni işğalçıları orada mal-qara saxlayır, azərbaycanlılar və bütün müsəlman dünyası üçün müqəddəs yerləri ləkələyirlər. Bu, dünyada istənilən bir millətin və din nümayəndəsinin qəbul etmədiyi bir reallıq, insanların inancının və dini baxışlarının təhqir olunmasıdır.

Mən azərbaycanlıların səbrinin sonsuz olmadığını və gec-tez tükənəcəyi barədə fikirləşməyə başladım.

Bəzi siyasi təhlilçilər hesab edirlər ki, Qarabağ problemi Zaqafqaziyada azərbaycanlılarla ermənilər arasındakı etnosiyasi münaqişədir və əslində isə bu açıq açığına Ermənistanın Azərbaycana təcavüzüdür.

Svante Kornellin yazdığı kimi, “bütün Qafqaz münaqişələri arasında Qarabağ münaqişəsi ən böyük strateji və regional əhəmiyyətə malikdir. Qarabağ məsələsi bütün qitə və dünya üçün vacibdir, çünki onun kənara atılması bəşəriyyətdə sonsuz müharibələrə və qanlı toqquşmalara səbəb ola bilər. Çünki planetimizdə dövlətlərin mövcud, dünya birliyi tərəfindən tanınmış ərazilərindən kənarda müxtəlif etnik qrupların mövqeyinə əsaslanan və bir-birilərinə ərazi iddiaları olan bir çox dövlət və xalqlar var.

Əgər dünya “xalqların öz müqəddəratını təyin etmə hüququnu təmin etmək” adı altında ərazi bütövlüyü prinsipini qurban verəcəksə və uzun müddət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ələ keçirilməsinə, işğalına dözəcəksə onda dünyada mövcud dövlətlərin ərazilərinə yeni-yeni başqa dövlətlərin iddiası ortaya çıxacaq, münaqişələr yaranacaq və müharibələr sonsuza qədər davam edəcəkdir.

Milyonlarla Azərbaycanlı öz ata-baba yurdlarında, onlara məxsus olan ərazilərdə yaşayır və indi bu torpaqlar  xarici dövlətlərin əraziləri sayılır. Belə çıxır ki, onlar da öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər? Və bu zaman düşünün, dünyada nə qədər yeni münaqişə ocaqları yarana bilər.

Bundan başqa, mən öz millətimizi nümunə göstərmək istəyirəm. Onda belə çıxır ki, Özbəklər bir vaxtlar Çindən Avropaya qədər uzanan Əmir Temur imperiyasının ərazisinə, yaşadıqları ərazilərə iddia edə bilərlər?

Xəbər lentlərini oxudum: “Vəziyyətin gərginləşməsi, Azərbaycan və Ermənistan sərhəddində təxribat nəticəsində son iki gündə 11 Azərbaycan əsgəri və bir mülki şəxs həyatını itirdi. “Azərbaycan ordusunun general-mayoru və polkovniki ölənlər arasında idi. Ermənistan tərəfi də dörd ölü əsgər və bir neçə yaralı olduğunu bildirdi.

Həm də beynəlxalq təşkilatlar həmişə olduğu kimi müraciətlərlə kifayətlənirlər: “BMT, ATƏT, ABŞ və Rusiya atəşkəsə əməl etməyə çağırır. BMT-nin baş katibi Antonio Guterres dərin narahatlığını ifadə etdi …. ATƏT İrəvan və Bakını atəşləri dayandırmağa çağırdı”. “Avropa Birliyi, eləcə də Rusiya Xarici İşlər Nazirliyi, bazar ertəsi günü qarşıdurmaları dayandırmaq üçün müraciət etdi.” ABŞ Dövlət Departamenti sərt şəkildə hadisələri qınandı … ”

Bütün bu müraciətlər deklarativ istəklər olaraq qalır və dörddə bir əsrdən çoxdur ki, səslənir.

Qondarma “Minsk qrupu” ?!

“Sizin 30 ildir bu konfliktin həllinə dair vasitəçilik səyləriniz, mandatınız və limitiniz çoxdan bitib, yoldaşlar!”

 

Azərbaycan xalqı və biz artıq beynəlxalq təşkilatların regionda sülh haqqında  hekayələrinə inamımızı tamam itirmişik. Təxminən 30 ildir ki, bütün dünya qarşısında, dünya birliyi tərəfindən tanınan Azərbaycan Respublikasının qanuni ərazisinin beşdə biri – 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, bir milyon azərbaycanlı etnik təmizlənmənin qurbanı olub, evlərindən və vətənlərindən məhrum edilib.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək üçün Qarabağda yaşayan bir ovuc etnik erməni üçün qondarma “Dağlıq Qarabağ Respublikası” adlı oyuncaq qurum yaradılıb və guya bu addım orada yaşayan insanların sərbəst seçimidir. Bəs, Azərbaycanın Qarabağ ətrafı işğal olunmuş və heç zaman etnik ermənilərin yaşamadığı 7 rayonun adını nə qoyaq? Bu ərazi sahəsinə görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən daha böyükdür.

Yoldaşlar, əziz dostlar, nə çağırırsınızsa, çağırın, nə adlandırırsınızsa, adlandırın. Bunun əsl adı işğal və bir dövlətin digər qonşu dövlətin ərazisinə iddiası və ərazisini zəbt etməkdir. Bu münaqişə deyil, bu əsl təcavüz, işğal və etnik təmizləmədir.

Bu problemi həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu haqqında danışmağa sözümüz qalmayıb.

Minsk Qrupuna üzv ölkələrdə Qarabağda yaşayan 120.000 etnik ermənidən qat-qat çox erməni yaşayır. Əgər ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində ikinci bir erməni dövləti qururlarsa, niyə başqa ölkələrdə bu hal olmasın? Bunun arxasında hansı məntiq dayanır?

Sən əgər cinayətkarı öz adıyla çağırmısansa, bir dəfə də olsa real məsələyə münasibət bildirməmisənsə, onda sənə verilən bu mandat artıqdır.

Heç olmasa 30 il davam etdirdiyiniz bu tamaşadan sonra etiraf edin ki, bacarmadıq.

Uzun illərdir ki, stereotiplər və bəyanatlarla daim sülhə səsləyənlər, barışığa səs verənlər üçün bir sualımız var: Nə üçün məsələnin əsas mahiyətini ortaya qoyub, Ermənistandan terrorçu ordusunun Azərbaycan ərazilərindən çıxarmasını, işğala son qoyması barədə çağırış etmirsiniz? Hər şey, faktlarla ortadadır: Azərbaycan torpaqlarının yüzdə iyirmi faizi işğal edilib, zəbt olunmuş ərazilərdə şəhər və kəndlər dağıdılıb, abidələr  məhv edilir, mülki insanlar qətlə edilib, sürətli məskunlaşma həyata keçirilir.

Bu qədər ədalət hissinizi itirimisiniz? Bu qədər görmə və dərk etmə hissləriniz aşılanıb?

Bir dövlət və bir millət üçün bundan artıq nə fəlakət ola bilər? Ona məxsus torpaqları almısan, insanlarının evini, malını, mülkünü zəbt etmisən, onların həyatlarını, min illərlə yaratdığı abidələrini, mədəni irsini, tarixini məhv etmisən, saxtalaşdırmısan. İndi hansı sülhdən danışırsınız? Gedin işğalçı, terrorçu, uşaq qatili Ermənistanla dil tapın, ortaq məxrəcə gəlin təklifini verirsiniz. Məncə,  bu sivil və normal dünya üçün bir təhqirdir.

Məncə artıq Sizi dinləmək əvəzinə Azərbaycan özündə güc tapıb, bu təcavüzü, işğalı özü, öz gücü ilə aradan qaldırmalıdır. Tam əminəm ki, özünü sivil dünyanın bir hissəsi hesab edən, özünə hörmət edən heç bir dövlət təcavüzkar Ermənistanın yanında dayanmayacaqdır.

Minsk qrupuna isə bir mesajımız var: Sizin 30 ildir bu konfliktin həllinə dair vasitəçilik səyləriniz, mandatınız və limitiniz çoxdan bitib, yoldaşlar!

Tovuz hadisələri zamanı Türkiyə Xarici İşlər Nazirliyi daha açıq bir açıqlama verdi: “Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində etdiyi silahlı hücumları qətiyyətlə pisləyirik … Türkiyə bütün mümkün yollarla Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək.”

Ukrayna Azərbaycanın bütövlüyünü dəstəkləyir – “vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına” çağırırdı.

Türk Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatını qınadı

Mən bu sətirləri yazarkən ABŞ-dan bir xəbər gəldi: ABŞ Senatı Ermənistanın Azərbaycan ərazisini ələ keçirməsini işğal adlandırdı.

Siyasətçilərdə əbədi bir söz var: “Münaqişənin hərbi yolla həlli yoxdur”. Və otuz ildən çoxdur ki, bu çağırış səslənir.

Əcəba Ermənistan bu əraziləri dinc danışıqlar yolu ilə ələ keçirdi? Ki, sülh və danışıqlar yolu ilə də geri qaytarsın?

Unutmaq olmaz ki, əbədi və sonsuz heç nə yoxdur. azərbaycanlıların səbrinin də sonu vardır. Bu məsələnin sülh yolu ilə həll ediləcək deyə düşünənlərin sayı təbii olaraq gündən günə azalır və bir qədər sonra tamamilə bu ümidlər yox olacaqdır.

Özbəkistan daim  beynəlxalq hüququn prinsiplərini, dövlətlərin ərazi bötövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Biz ədalətin yanındayıq. Qardaş Azərbaycan xalqını bu təcavüzdə yalqız qoymayacağıq və onlarla çiyin-çiyinə dayanacağıq”.

Karim BAXRIEV,
Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri,
şair və tərcüməçi.
Daşkənd şəhəri, 3 Avqust 2020-ci il