Tanınmış müğənni Pərvizlə Türkanı yıxıb-sürüdü: “Onlar küçə müğənniləridir”
“Azərbaycan musiqisi bərbad günə qoyulub. Bədii Şura ləğv olunandan sonra hərə 1-2 manat pul verib, ağzına gələni efirlərdə oxuyur. Müvafiq qurumlar bunun qarşısını almır, çünki başları pul qazanmağa qarışıb”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Əli Mirəliyev söyləyib.
Onun sözlərinə görə, bir cəmiyyətdə ki, Pərvizlə Türkan reytinq qırır, o ölkədə musiqinin mövcudluğundan danışmaq ayıbdır:
“Üzeyir Hacıbəyovun yaratdığı milli musiqimiz “qaqaşlar”ın, üzeyirlərin ümidinə qalıb. Meyxanaçı meyxana deməlidir, daha atdanıb-düşməməlidir. Bu adamlar meyxanaçı, musiqiçi deyillər, küçə müğənniləridir. Bütün dünyada bu var. Amma başqa ölkələrdə belə adamları efirə çıxarmırlar. Bizdə isə nə vaxt baxırsan, efirdə bunlardır. Yüngül mahnılar həmişə maraqla qarşılanıb. Çünki cəmiyyətdə yüngül adamlar çoxdur. Artıq bunlara dur deməyin zamanıdır”.
“Bəs nəyə görə, aparıcısı olduğunuz verilişə belə müğənnilər çıxır və niyə onların üzünə bunu demirsiniz” sualına cavabında müğənni bildirdi ki, bu onun iradəsindən asılı olan məsələ deyil: “Mən orda işləyirəm. Çünki başqa iş tapa bilmirəm. Həmin müğənnilər ödəniş edib verilişə çıxırlar. Mən onları qova bilmərəm ki!? Məcburuq ki, yola verək. Sadəcə yola veririk onları”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır