Tanınmış həkimin səs yazısı: İcbari Tibbi sığorta ilə bağlı şok iddialar ortaya çıxdı
Sumqayıt Tibb Mərkəzində fəaliyyət göstərən tanınmış uşaq kardioloqu Elnur İmanovun səs yazısının yayıldığı iddia edilir. Bu audioyazıda, icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsi üçün pul tələb olunduğu bildirilir.
Minval.info xəbər verir ki, yayılan səs yazısında iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat ödəniş istənildiyi və pasiyentin bu məbləği köçürmək üçün kart nömrəsi aldığı qeyd olunur.
Qanunvericiliyə əsasən, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə görə vətəndaşlardan əlavə ödəniş alınması yolverilməzdir. İddialara görə, Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən Təranə Rəcəblinin də bu məsələdən xəbərdar olduğu bildirilir.
Elnur İmanov isə yayılan iddiaları qəti şəkildə təkzib edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb