Tanınmış bloger cütlük boşanır
Azərbaycanın tanınmış blogerləri Nagehan Akpınar (Abdullayeva) və Fərid Abdullayev ayrılır.
“Qafqazinfo”nun məlumatına görə, 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında (Handa Ataizi ile… ) tanış olan və orada nikah bağlayan cütlük münasibətlərinə nöqtə qoymaq qərarına gəlib.
Onlar instaqramda bir-birini izləmədən çıxarıb, birlikdə paylaşdıqları fotoları isə siliblər.

Nagehan bir neçə gün əvvəl İstanbula gedərək boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Boşanma səbəbi kimi diqqətsizlik və ailədaxili anlaşılmazlıq göstərilib.
N. Akpınarın rəsmi ayrılıqdan sonra Türkiyəyə köçəcəyi, fəaliyyətini orada davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, cütlüyün bu nikahdan Kumsal adlı bir qız övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır