27.01.2018 - 18:23
Maqazin
22 baxış
Tanınmış aparıcının 2 yaşlı oğlunu dayəsi döyüb: "Uşağın qulağının pərdəsi zədələnib"
Tanınmış teleaparıcı Seva Camalovanın oğlunu dayəsi döyüb.
Minval.İnfo xəbər verir ki, bu barədə məlumatı aparıcı özü verib. Onun sözlərinə görə, dayəsi oğlunu döyüb: “2 ilə yaxındır oğluma dayə baxırdı. Tanışlıq sayəsində tapmışdıq. Çox güvənirdik. Amma zamanla gördüm ki, heç kimə etibar yoxdur. İki gün qabaq oğlum Muradı necə əli ilə vurubsa, uşağın qulağının pərdəsi zədələnib.
Həkimlər, müalicələr və ən əsası da uşaqda baş verən psixoloji travma… Heç üzr də istəmədi. Bir insana bu qədər dəyər verəsən, ailənin bir üzvü kimi davranasan və sonda 2 yaşlı uşağını vura… İki yaşlı uşağa necə əl qaldırmaq olar?”
Minval.İnfo

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
19.09.2026 - 09:00
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
19.09.2026 - 08:32