Tanınmış aparıcı oğlu doğulduqdan sonra özünə toy etdi - FOTO
Səyahət verilişləri ilə məşhurlaşan aparıcı Regina Todorenko ilə Vlad Topalov İtaliyada özünə toy edib.
Publika.az xəbər verir ki, 29 yaşlı aparıcı ilə 33 yaşlı müğənninin İtaliyanın Sorrento şəhərində baş tutan toyunda yaxınları və dostları iştirak edib.
Məlum olub ki, bəy toydan əvvəl kostyumunu itirib. Hava limanında cütlük çamadanlardan birinin gəlmədiyini görüb. Başını itirməyən müğənni dərhal sosial şəbəkədə yardım istəyib və problemi yoluna qoyub.
Regina toyu haqqında təəssüratlarını instaqramda paylaşıb. O, “İtalyansayağı tərzdə və güllərlə bəzədilmiş bir məkan… Ukraynanın Kotovski kəndindən bir qız bu barədə xəyal edə bilərmi? Xəyal etdi və bacardı” , – qeyd edib.
Məlumat üçün bildirək ki, aparıcı ilə müğənni 2017-ci ildə “Arvadını lombarda grov qoy” tamaşasında tanış olub. Onların keçən il bir oğlu dünyaya gəlib. Regina hamilə olduğunu öyrənəndə Vlad ona evlilik təklif edib. Ulduzlar münasibətlərini rəsmiləşdirsə də, toy etməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!


