"Tamaşaçını söymüşəm, əccəb etmişəm" - Vasif Məhərrəmli - VİDEO

“Damla Əliyeva deyə biri var sosial şəbəkədə. Artıq onu blok etdim. Qızdı, oğlandı bilmirəm, amma adı belə gedir. Yəqin ki qız idi. Mənə yazır ki, salam, Vasif müəllim. Mən sizi əməkdar artist adı almağınız münasibəti ilə təbrik edirəm. Vasif müəllim, mən sizi çox sevirəm. Siz mənim sevgilimə bənzəyirsiniz. Ədalət Şükürovla şəkil qoymuşdum. Bu qız da girib şəklin aşağısına yazıb ki, ikinizdən də zəhləm gedir. Mən mesajlara girib baxdım ki, bu, mənə tərif yazan qızdı. O, həm də mənə yazmışdı ki, bir az bizə pul verin”.
Minval.İnfo Day.Az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında ARB TV-nin “Səhər-Səhər” proqramına qonaq olan əməkdar artist Vasif Məhərrəmli deyib:
Daha sonra əməkdar artist bütün bu olanların onu özündən çıxartdığını bildirib:
“Mən də girdim artıq necə lazımdı öz münasibətimi bildirdim. Bəli, söymüşəm, əccəb etmişəm. Birdən insan elə qıcıq olur ki, təhqiramiz sözlər yazılarkən. Dedim məndən xoşun gəlmirsə, izləmə. Mən demirəm mənə, biz və yaxud digər həmklarlarıma tərif yağdırın. Tənqidi də yanaşa bilərsiniz. Amma hörmət çərçivəsində”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!