"Taliban" rəsmi Kabil ilə məhkumlarla bağlı danışıqlardan imtina etdi
Radikal “Taliban” hərəkatı Əfqanıstan hökuməti ilə məhkumların mübadiləsi üzrə danışıqlarında iştirakdan imtina edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi nümayəndəliyinin rəsmi nümayəndəsi Suheyl Şahin məlumat verib.
“Məhkumların İşləri üzrə Komissiyanın texniki qrupunu məhkumlarımızı yoxlamaq və müəyyənləşdirmək üçün Kabilə göndərdik, çünki imzalanmış razılaşmaya uyğun olaraq məhbusların azad edilməsinə başlanmalı idi. Ancaq təəssüf ki, onların azadlığa çıxması bu və ya digər bəhanə ilə ertələnməyə davam edir. Buna görə texniki qrupumuz sabahdan etibarən faydasız görüşlərdə iştirak etməyəcək”, – S.Şahin “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Əfqanıstan hökuməti və “Taliban” rəsmiləri aprelin 2-də məhkumların və girobların mübadiləsinə başlamağa dair razılıq əldə etmişdilər.
Daha əvvəl isə ABŞ və “Taliban” ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanmasını nəzərdə tutan sülh sazişi imzalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü