Taleh Yüzbəyov: "Daha çox risk elədim və başa düşdüm ki, şampan içməyin ən kəsə yolu budur"

Aktyor, video-blogger Taleh Yüzbəyov özünün facebook səhifəsində 2017-ci ilin bitişi ilə bağlı maraqlı status paylaşıb.
Minval.info xəbər verir ki, aktyor statusunda ötən ildə atdığı addımlardan, gördüyü işlərdən bəhs edib:
“Bu ili “2016-cı ilin video bloggeri” kimi “Bomba” mükafatı almaqla başladım. 6 il işlədiyim Nar şirkətindən çətin də olsa ayrıldım və bu ildə ilk riskli addımımı atmış oldum. “Organic communications” şirkətində Creative director kimi işə başladım və Maxi.az üçün “Maqsud” layihəsini həyata keçirtdik.
5 filmdə rol aldım – epizodik roldan tutmuş baş rola kimi oynadım. Amma video-blogger kimi az videolar çəkə bildim və 2016-dakı aktivliyi saxlaya bilmədim. Sonra isə ikinci riskli addım atıb “Organic”-dən də ayrılmaq qərarına gəldim.
İki uşaq atası kimi aylıq maaşdan imtina etmək kimi bir risk. Öz işimi qurdum – YÜZ production olaraq. Lays, Unibank, Buta airways, De Gəlsin və Optimal kimi şirkətlərə reklamlar çəkdik. Miri Yusifin klipində oynadım. Bir çox maraqlı insanlarla tanış oldum və onların çoxunu yaxşı ki tanıdım.
Bu il öz həyatımda daha çox risk elədim və başa düşdüm ki, şampan içməyin ən kəsə yolu budur. Sadəcə qorxmaq lazım deyil. 2018-ə daha böyük planlarım var. Bir internet serialı, bir qısa filmlə ili başlamaq istəyirəm. Əlbəttə, Allahın və həmişə mənə dəstək verən insanların köməyi ilə…”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi