Taleh Bağırzadə də Milli Şuradan getdi
Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
Musavat.com xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində bəyanat yayılıb.
Bəyanatda bildirilir:
“Bildirmək istəyirəm ki, “cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra Milli Şuranın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir. Yaranmış durumdan qaynaqlanaraq din məhbuslarının müdafiəçiləri, İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa vermişlər.
Mən Milli Şura üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! Milli Şura üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və Müsəlman Birliyi Hərəkatı tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək Milli Şuranı tərk etdiyimi bəyan edirəm”, – deyə o, əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verdiyini demişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı