“Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yanındakı küçəyə babamın adı verilib. Artıq bununla bağlı sərəncam imzalanıb”.

Bu sözləri “Minval.info“ya əməkdar artist Tahir İmanov deyib. “Ötən gün xəbər yayılıb ki, Bakı meriyası mənə küçə bəyəndirə bilmir. Bu səhv məlumatdır. Heç kim zəng edib məndən məsələnin əslini soruşmayıb. Artıq babamın adına küçə verilib. Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir. Bu gün sərəncam da imzalanıb. Prezidentə arzumu yerinə yetirdiyi üçün təşəkkür edirəm”-, deyə aktyor əlavə edib.

Qeyd edək ki, prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ilə mədəniyyət xadimlərinin görüşündə T. İmanov babasının dına küçə verilməsini istəmişdi.

Ötən gün isə Bakı meriyasının əməkdar artist keçə bəyəndirə bilmədiyi haqda xəbərlər yayılmışdı.