"Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər" - TƏBİB
Əhalinin süni tənəffüs aparatlarının funksiyalarını tam olaraq bilməməsi təbii sayıla bilər. Amma təəssüf ki, çox həkimlər də süni tənəffüs aparatlarının funksiyalarını, onların hansı hallarda istifadə edildiyini tam olaraq yaxşı bilmirlər.
“Minval.info” Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, süni tənəffüs cihazları insana qoşulan kimi fayda vermir: “Süni tənəffüs cihazı bir möcüzə deyil. O, kiməsə qoşuldusa, həmin adam mütləq sağalacaq, belə deyil. Bu cihaz yalnız bir vasitədir ki, ağciyərlərə oksigen ötürülsün”.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq