“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi AÇILDI
Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən istirahət mərkəzində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan HİT.Az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Tərtər İstirahət Mərkəzi”ndə təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.
Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər RPŞ-də cinayət işi başlanılaraq araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi
Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN
Prezidentin yeni yaratdığı agentliyə - Sədr təyinatı
Prezident sərəncam imzaladı: Bu ailələrə 100 manat veriləcək
"Elnur Hüseynzadə dövlətə xəyanət edib" - Rəsmi məlumat