Təranə və Musanın qızı Qumral da müğənniliyə başladı - VİDEO
Təranə Qumral və Musa Musayev cütlüyünün qızı Qumral da müğənniliyə başlayıb.
Primetime.az xəbər verir ki, o, ifaçı kimi ilk işini də təqdim edib. Qumral söz və musiqisi Vüsal İbrahimov, aranjimanı isə İsmayıl Əlizadəyə məxsus olan “Mən səhv etdim” adlı mahnını ifa edib. Sözügedən mahnıya isə onun həyat yoldaşı Natiq Abdul ekran həyatı verib.
Qumral açıqlamasında bildirib ki, ona bu işdə ən böyük dəstəkçiləri ailəsi və valideynləri olub:
“Axır ki, anamın və həyat yoldaşımın icazəsi ilə mən də arzuma nail oldum. Bütün arzularım kimi, bu da arzum da yerinə yetdi. Bu sevinci mənə yaşatdığınıza görə sizə çox təşəkkür edirəm, mənim dəyərlilərim.
Klip daha gözəl ola bilərdi. Amma vəziyyətlə bağlı belə alındı. Olduğumuz yerdən. Çox şirin mahnı və klip alınıb. Bir neçə gün olar paylaşmışam, amma artıq müsbət fikrlər alıram. İnşallah bu mahnı və klip sevilsə, yeni işlərim olacaq”.
https://www.youtube.com/watch?v=hJiyKwpFfv8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!