Təranə Səmədova bu gün yenidən hakim qarşısına çıxacaq
Bu gün Bakı Apellyasiya Məhkəməsində prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.
Dərgi.az-ın məlumatına görə, iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən prodüserin ikinci məhkəməsi qapalı keçiriləcək. Məhkəmə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.
Apellyasiya Məhkəməsinin ilkin iclasında vəkilin T.Səmədova ilə bağlı vəsatəti təmin edilməyib.
Daha sonra hakimlər kollegiyası cinayət işinin qapalı və məhkəmənin qismən istintaqla aparılması haqqında qərar çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
