Təranə Qumral barədə: Əxlaqsızlıq edənləri toya çağıranları qınayıram

Avropa prodüseri kimi tanınan Sultan Mustafayev Təranə-Nazənin qalmaqalına münasibət bildirib.
Minval.İnfo-ya açıqlamasında o Təranənin ünvanına sərt sözlər işlədib:
“Nazəninlə Təranə Qumralın söhbəti çox iyrəncdir. Təranənin etdiklərindən şoka düşürəm. Təranə evli kişidən əl çəkmir. Onu necə toya dəvət edirlər? Nazənin mənim dostum deyil. Mən insan olaraq deyirəm. Nazənin həyatını qurub. Təranənin etdiyi əxlaqsızlığın bir tərəfidir. Əxlaqsızlıq edənləri toya çağıranları qınayıram. İnsanlar ana-bacısının yanına necə evli kişiyə “padxod” edən qadını çağırırlar?”
Beləliklə, şou-biznesdə yeni qalmaqalın əsası qoyulub.
Qeyd edək ki, T. Qumralla Nazənin arasında qalmaqal ANS TV-nin “Bazar səhəri” verilişində başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T. Qumral isə öz növbəsində Nazənin barəsində xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Nazənin məhkəmədə həyat yoldaşının müğənni Təranə Qumralla intim münasibəti olduğunu sübut etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!