Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
“Yatsam yuxuma da girməzdi ki, qızım tez ailə qurar. 21 yaşında ərə getdi. Özü yolunu seçdi ki, ailə quracam. Sabir bəy sənət adamıdır. Elçin ailəmizə uzaq adam deyil, yaradıcı insandır”.
Minval.İnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Zaurla Günaydın” verilişində eyib.
O bildirib ki, qızının müğənni ilə ailə qurmasına ilk vaxtlar razılaşmayıb:
“Aydan neçə dil bilir, beynəlxalq münasibətlər fakültəsini bitirib. Fikirləşirdim ki, başqa səmtdə adam seçər. Elçinin adını eşitmişdim, amma üzdən tanımırdım. Qızımdan onun adını eşidəndə qızımıza sözümüzü dedik. Dedik ki, olmaz.
Bir gün gördüm ki, Elçin iş yerimə gəlib. Dedilər, Elçin adlı biri sizi görmək istəyir. Dedim, yəqin başqa adamdır. Gül-çiçəklə otağa daxil oldu, normal qarşıladım. Deyəndə ki, filankəsəm üzüm döndü. Onunla sərt söhbətimiz oldu. Çox çəkinirdi, əli tərləyirdi. İlk vaxtdan razılıq vermədim. Sonrakı davranışları göstərdi ki, seçimimizi düz etmişik. Elçinə güvəndim.
Övladlarımı sevgi ilə böyütmüşəm. Onları sevgi çələnginin ortasında böyütdüm. Elçinin qızıma sağlam sevgisini gördüm. Quracaqları ailənin sağlam və davamlı olacağında qızımdan çox Elçinə güvəndim. Sonra onu izləməyə başladım. Özünü çılpaqlığı ilə göstərən şou adamlarından kənarda durub, özünə hörmət edir”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!