“Tənqid ediləcək adam deyiləm, qürurumu qorumuşam” - Firuzə İbadova

Əməkdar artist Firuzə İbadova ötən gündən şəraitsiz evdə yaşaması ilə gündəmdən düşmür.
Minval.info xəbər verir ki, bir çoxları müğənnini bu açıqlamasına görə tənqid edib. Onlar illərdi toylara getdiyi halda ifaçının imkansızlıqdan gileylənməsini qınayıblar.
F.İbadova məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O, narazılığına aydınlıq gətirib:
“Açıqlamanı verdim, artıq halım yoxdur. Tənqid olmalı idi, amma məni istəyənlər çoxdur. Toylara hamı gedir, amma toy oxuyanı deyiləm. Mən konsertlər vermişəm. İndi toy oxuyanlara hər şey edilir. Sosial şəbəkədə ünvanlanan o suallara cavab verməyəcəm, nə istəyirlər yazsınlar. Haqqım olanı dövlətimdən istəyirəm.Tənqidə də gözəl yanaşıram, onlar da xalqımdır. Ancaq həyatımı elə yaşadım, qürurumu qorudum ki, tənqid ediləcək adam deyiləm. Danışdım, çünki məktublarım ünvanına çatmadı. Könlüm püskürdü, zəhmətim çoxdur. 3 ildir ildə ən az iki-üç dəfə məktub yazıram. Kütlənin tənqidinin arxasına düşmürəm”.F.İbadova həmkarı Aybəniz Haşımovanın onun ünvanına yazdıqlarına isə “Aybəniz xanımın yazdığı bir orduya dəyər. O, sənətkardır, yazmağa da ixtiyarı var. Mənim haqqımda sənətdə olanların çoxusu danışmalı idi, yüz faizi… Amma…” sözləri ilə reaksiyasını verib.Qeyd edək ki, A.Haşımova F.İbadova haqqında “Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib” sözlərini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır