Təmir işləri Yasamal sakinlərini susuz qoydu
Paytaxtın Yeni Yasamal 2 adlanan ərazisində binalarda aparılan təmir işləri , bina 4 və 5 –də yaşayan sakinləri su problemi ilə üz-üzə qoyub. Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunur ki, burada yaşayanlar təmir işləri başlayana qədər su ehtiyatalarını binanın damına yerləşdirdikləri su çənləri ilə ödəyiblər. Təmir başlayandan sonra isə həmin sakinlərə 24 saatlıq su veriləcək deyərək çənləri yığışdırıblar.
“Gün ərzində 2 saat səhər 2 saat axşam su verirlər. Evdə azyaşlı uşaqlar var, qocalar var, namaz qılanlar var… Belə olmaz axı!” -Sakin
“Əvvəl çənlərimiz var idi, rahat idik. İndi təmir ilə əlaqədar onları da yığışdırıblar. Bizə deyirdilər ki, 24 saat su veriləcək, amma elə olmadı.” – Sakin
Binaların fasiləsiz su ilə təmin olunması üçün sakinlər məsul qurumlara müraciətlər etsələr də, vəziyyətdə dəyişiklik olmayıb.
“Dəfələrlə müraciətlər etmişik. Heç kim maraqlanmır. Azərsu ASC-yə də demişik, Yasamal Rayon icra Hakimiyyətinə də” -Sakin
Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə sözügedən binalarda fasiləsiz su təchizatının olması üçün texniki imkanların olmadığını bildirir.
“Hazırda həmin binalarda səhər 3 saat , axşam 3 saat su verilir. Gələcəkdə texniki problemlər aradan qaldırılarq problem öz həllini tapacaq”
Sakinlər də, biz də həmin gələcəyin elə də uzaqda olmamasına ümid edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı