“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - VİDEO
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun uğurları barədə növbəti videosunu təqdim edib.
Minval.info xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, batareyanın baş zabiti, baş leytenant Şəhriyar Fərəcov döyüş ruhunun yüksək səviyyədə olduğunu söyləyir:
“Batareyamız hazırda döyüş tapşırıqlarını uğurla icra edir. Şəxsi heyətdə döyüş ruhu yüksək səviyyədədir. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirakım ilə qürur duyuram. Qələbə bizimlədir”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Həmçinin gizir Yunisov İsa Fərman oğlu heyəti ilə birgə düşmənin 8 topunu məhv edib:
“Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edirəm. Təkcə mənim heyətim bir gün ərzində düşmənin 8 topunu canlı qüvvəsi ilə birgə məhv edib. Bundan sonra da uğurlarımızı davam etdirəcəyik. Şanlı Azərbaycan bayrağını Qarabağda qaldıracağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"