“Tək sevdiyim qadın boşandığım həyat yoldaşımdır” – “Qurd”dan Aysun açıqlaması
“Həyatda hər şey öz axarı ilə gedir. Bizə yazılan tale öz sırası ilə yaşanır. Aysunla əvvəldən bir-birimizi tanıyırdıq, amma “Maşın”da dostlaşdıq. Gözəl oyun gedirdi, mənim böyük komandam var idi. Mən oyundan gedəndən sonra çoxu bir-birini satmağa başladı. Mən əlimi çəkəndə Aysun ağladı. Bu mənə pis təsir etdi”.
Bu sözləri musavat.com-a açıqlamasında “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov deyib. O müğənni Aysunla eşq yaşamadığını açıqlayıb:
“Aysunla dostuq, insanlar heç bir şayiəyə inanmasınlar. Mən status yazmışdım ki, zaman nə göstərəcəyini bilmirik və 3 nöqtə qoymuşdum. Bu fərqli yerə yozuldu. İnsanları maraqda saxlamaq istədim. Əslində mən gələcək işbirliklərimizi nəzərdə tutmuşdum. Oyundan sonra “Avara sevgi” mahnısını təqdim etdik, sevildi”.
“ “Evlənəcəyiniz xanım şou aləmdən ola bilərmi” sualına isə reper belə cavab verdi:
“İnsanların seçimlərini müzakirə etmək doğru deyil. Hər kəs istədiyi şəxslə ailə qura bilər. Həyatdır. Mənim yeganə sevdiyim qadın uşaqlarımın anasıdır. Biz boşansaq da, onu sevirəm. Hazırda gözəl münasibətimiz var. Sevgi bir gündə unudulmur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi