Təhsil işçisinin itkin düşməsinin qəribə səbəbi - Atası danışdı
Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.
Minval.info xəbər verir ki, bu barədə ölkə.az-a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.
O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: “Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda