TƏBİB sədri: “Virusun daha 3 növü ortaya çıxa bilər”
“Vaksinlə bağlı dünyanın 10-a yaxın mərkəzində ciddi mərhələyə keçiblər”.
Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“İki mərkəzdə daha ciddi nəticələr əldə olunub. Lakin bu vaksinlərlə bağlı sınaqlar hələ yekunlaşmayıb. Beynəlxalq mütəxəssislər bildirirlər ki, bu gün vaksin hazır olsa da, 5-6 ay sonra effektiv olmaya bilər. Daha sonra virus mutasiya edərək COVİD-20, COVİD-21, COVİD-22 virusları da ortaya çıxa bilər. O zaman daha ciddi vəziyyətlə qarşılaşa bilərik. Buna görə də insanlar özlərini və ətrafını qorumalı, maskadan istifadə etməli, sosial məsafəni qorumalı, dezinfeksiya tədbirlərinə əməl etməlidirlər. Əksəriyyət vəziyyəti ciddi qəbul edir və qaydalara əməl edir. Lakin hələ də inanmayanlar, asimptimatik yaxud az simptomlarla küçələrdə gəzən virusa yoluxmuş şəxslər var. Onlar bununla ətrafdakı insanları da virusa yoluxdururlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasına cavab verib
Dövlət Komitəsi: Xədicə ilə bağlı yayılan videolar reallığı əks etdirmir
ŞOK! İsrail ABŞ-a elə bir şərt qoydu ki...
"Qarabağa nəzarət bizim əlimizdədir" - Ağdərəyə daxil olan ilk tankçı
Təbrizdə polis dəfn mərasiminə HÜCUM ETDİ - VİDEO
DİQQƏT - Bakının bu küçə və prospektlərində sıxlıq var (SİYAHI)