“Şuşalılar bu yay Şuşaya qayıtmalı, öz evlərini tikməlidirlər”
“Artıq xeyli müddətdir ki, dövlət tərəfindən Şuşada quruculuq işlərinə başlanılıb, tikintilər gedir. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri yalnız dövlətin maliyyə vəsaiti hesabına aparılmamalıdır. Bu qədər işin öhdəsindən gəlmək son dərəcə çətindir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Millət vəkilinin dediyinə görə, Şuşaya şuşalılar qayıtmalı, hərə öz evini tapmalıdır. Hansı ev Şuşanın gələcək baş planına uyğun saxlanılacaqsa, saxlanıla bilərsə saxlanılmalıdır. Hansı ev bərpa edilə bilərsə, bərpa edilməlidir. Bərpa işin bir hissəsini vətəndaş öz öhdəsinə götürə bilər:
“Hər bir vətəndaş özü öz evini bərpa edə bilər. Bu gün Şuşada iş yerləri, məktəb yoxdur. Ola bilsin ki, daimi gedib orada yaşamaq hələlik mümkün olmayacaq. Ancaq heç olmasa yay aylarında gedib bərpa etdiyi evində qala bilər. Beləcə əhalinin Şuşaya qayıdışı başlaya bilər. Mənə elə gəlir ki, bundan sonra Şuşanın yeni bir dövrü, yeni bir həyatı başlayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər