"Survivor"dan çıxan Pərviz Bakıya qayıda bilmir
“Son oyunlarda ayağım zədələnmişdi, qırılma təhlükəsi var idi. Hazırda düzəlib. Bir də orada yemək yox idi, 12 kiloqram çəki atmışdım. İndi yeyirəm və çəkim düzəlir”.
Bu sözləri TV8-də yayımlanan “Survivor” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. “ATV xəbər”in virtual qonağı olan idmançı hazırda Dominikanda karantində olduğunu söyləyib:
“Dominikanda mərkəzdə qalırıq. Burada saat 5-dən sonra küçəyə çıxmaq olmaz. Marketə də getməyə icazə verilmir. Təyyarələr açılsın Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. 3 aydır Azərbaycandan uzaqlaşmışam, çox darıxıram. Türkiyədən sonra da Bakıda karantində qalmalıyam. Yəqin ki, mayın sonunda Bakıya gələ bilərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır