Sürücünü hədələyib pulu alanlar tutuldu
Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edərək həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən “Minval.info”ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı