Sürücü sükan arxasında yuxuladı, ailəsi ilə qəzaya düşdü - FOTO
Şamaxı – Həmyə – Qonaqkənd avtomobil yolunda qəza baş verib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Şamaxı rayon Həmyə kənd sakini, 1954-cü il təvəllüdlü Abdullayev Mirbaba Yusif oğlunun idarə etdiyi “Hyundai Tucson“ markalı minik maşını yoldan çıxaraq, yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü və onu ailə üzvləri – həyat yoldaşı, 1963-cü il təvəllüdlü Abdullayeva Şahnaz Mürüdxan qızı, 1955-ci il təvəllüdlü Abdullayeva Şəbnəm Mirbaba qızı yaralanıb.
Hər üç şəxs müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
İlkin məlumatlara görə, sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı